Səudiyyə Ərəbistanında kral ailəsinin 10 üzvü korrupsiyada şübhəli bilinərək saxlanılıb
05
noy
2017
13:32
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bin Abdül Əziz Əl Səudun rəhbərlik etdiyi Korrupsiyaya qarşı Mübarizə Komitəsi kral ailəsinin 10 üzvünün və krallığın bir sıra sabiq nazirlərinin tutulmasına sanksiya (icazə) verib."Report" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.Telekanal təfərrüatları açıqlamayıb. Digər mətbu orqanların məlumatında isə kral ailəsindən olan və şübhəli qismində saxlanılan şahazadələrin sayının 11 nəfər olduğu bildirilir. Bildirilir ki, saxlanılanlar arasında bir qadın da var. Səudiyyə Ərəbistanının "Ədjil" xəbər portalı öz növbəsində xəbər verib ki, hakim ailənin üzvlərindən biri qeyri-qanuni silah satışı sazişində, digəri isə saxta müqavilə imzalamaqda, daha bir şahzadə isə pulların "yuyulması" ittihamları üzrə həbs ediliblər.Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə şənbə günü kral Salman bin Əbdül Əziz Əl Səudun fərmanı ilə yaradılıb.BAKU.WS
Oxşar xəbərlər
Səudiyyə kralı 1 aylıq məzuniyyətinə 100 milyon dollardan çox pul xərclədi (FOTO)
Səudiyyə Ərəbistanı kralı Salman məzuniyyətini Mərakeşdə keçirib və bu müddət ərzində təxminən 100 milyon dollar xərcləyib.BAKU.WS-in xarici KİV-ə istinadən ver...