AZAL Səudiyyə Ərəbistanının daha 4 şəhərinə uçuş planlaşdırır
23
apr
2018
15:05
Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Səudiyyə Ərəbistanının daha 4 şəhərinə uçuşlar yerinə yetirməyi planlaşdırır.AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, Səudiyyə Ərəbistanından olan tərəfdaşlar ilə mayın 15-dən Mədinə şəhərinin hava limanına, mayın 18-dən Ciddə aeroportuna, iyunun 15-dən Qassim aeroportuna, iyulun 1-dən isə Hail aeroportuna müntəzəm reyslərin yerinə yetirilməsi üzrə danışıqlar aparılır.Xatırladaq ki, aviaşirkət iyunun 15-dən etibarən Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərlərinə reyslərin yerinə yetirilməsi barədə artıq razılıq əldə edib. Bununla da, Azərbaycanın milli aviadaşıyıcısının Səudiyyə Ərəbistanında uçuşlar yerinə yetirəcəyi şəhərlərinin sayı 6-ya çatacaq.Yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.Aviabiletlər satışa buraxıldığı zaman bu barədə əlavə məlumat veriləcək.BAKU.WS
Oxşar xəbərlər
AZAL yay uçuş cədvəli çərçivəsində üç yeni istiqamət açır
“Azərbaycan Hava Yolları” yay uçuş cədvəli çərçivəsində marşrut şəbəkəsində üç yeni istiqamətə - Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərləri (iyunun 15-...