AZAL yay uçuş cədvəli çərçivəsində üç yeni istiqamət açır

AZAL yay uçuş cədvəli çərçivəsində üç yeni istiqamət açır
İqtisadiyyat 1308
“Azərbaycan Hava Yolları” yay uçuş cədvəli çərçivəsində marşrut şəbəkəsində üç yeni istiqamətə - Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərləri (iyunun 15-dən sentyabrın 1-dək), eləcə də Monteneqronun populyar kurortu olan Tivata (iyulun 5-dən sentyabrın 15-dək) birbaşa reyslər yerinə yetirəcək. Reyslər komfortlu “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.Aviabiletləri AZAL-ın kassalarında və aviaşirkətin rəsmi agentliklərində https://www.azal.az/az/information/sales-offices bronlaşdırmaq və əldə etmək mümkündür. Yaxın zamanda yeni istiqamətlərə aviabiletləri www.azal.az saytında da əldə etmək mümkün olacaq.Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)E-mail: [email protected] BAKU.WS

Oxşar xəbərlər

AZAL Lənkərandan Moskvaya birbaşa reys açır

AZAL Lənkərandan Moskvaya birbaşa reys açır

İyunun 8-dən etibarən "Azərbaycan Hava Yolları"nın Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq.Reyslər “Airbus A320” təyyarələri ilə hər həft...

949 İqtisadiyyat 10:49 03 aprel 2018

Son xəbərlər