SİZİN REKLAM BURADA!
055 213 76 73


Seysmoloqlar yanvarın 25-nə keçən gecə Qazaxıstanın Almatı vilayətində ardıcıl olaraq 5,1 və 5,9 bal gücündə iki zəlzələ qeydə alıblar.

BAKU.WS-in xəbərinə görə, bu barədə vilayətin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Zəlzələnin episentri şəhərdən 258 km cənub-şərqdə yerləşib", - məlumatda deyilir.

Bildirilir ki, maqnitudası 5,1 olan yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.

Şəhər sakinləri 2 bal gücündə yeraltı təkanlar hiss ediblər.

Daha bir 5,9 bal gücündə zəlzələ bir neçə saat sonra şəhər əhalisi tərəfindən hiss olunub.

Bu dəfə təbii fəlakətin episentri Almatıdan 273 km cənub-şərqdə Çin ərazisində qeydə alınıb.

Əldə olan məlumata görə, Almatı sakinləri 2 bal gücündə yeraltı təkanlar hiss ediblər.

Xatırladaq ki, bundan əvvəl seysmoloqlar Çində, Qırğızıstanla sərhəd yaxınlığında 5,2 bal gücündə yeraltı təkanlar qeydə alıblar.

BAKU.WS