Almatıda bu gecə ardıcıl iki güclü zəlzələ oldu
Seysmoloqlar yanvarın 25-nə keçən gecə Qazaxıstanın Almatı vilayətində ardıcıl olaraq 5,1 və 5,9 bal gücündə iki zəlzələ qeydə alıblar.
BAKU.WS-in xəbərinə görə, bu barədə vilayətin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Zəlzələnin episentri şəhərdən 258 km cənub-şərqdə yerləşib", - məlumatda deyilir.
Bildirilir ki, maqnitudası 5,1 olan yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.
Şəhər sakinləri 2 bal gücündə yeraltı təkanlar hiss ediblər.
Daha bir 5,9 bal gücündə zəlzələ bir neçə saat sonra şəhər əhalisi tərəfindən hiss olunub.
Bu dəfə təbii fəlakətin episentri Almatıdan 273 km cənub-şərqdə Çin ərazisində qeydə alınıb.
Əldə olan məlumata görə, Almatı sakinləri 2 bal gücündə yeraltı təkanlar hiss ediblər.
Xatırladaq ki, bundan əvvəl seysmoloqlar Çində, Qırğızıstanla sərhəd yaxınlığında 5,2 bal gücündə yeraltı təkanlar qeydə alıblar.
Oxşar xəbərlər
Qırğızıstanda daha bir güclü zəlzələ olub - YENİLƏNİB
Qırğızıstan ərazisində 5,9 bal gücündə zəlzələ baş verib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib. ***...