Bütün dünya bu türk oyunundan danışır! Əfsanəvi "Candy Crush"u taxtından saldı - FOTO

Bütün dünya bu türk oyunundan danışır! Əfsanəvi Candy Crushu taxtından saldı - FOTO
Siyasət 4

Türkiyənin "Royal Match" tapmaca oyunu yüklənmə sayına görə dünya sıralamasında zirvəyə yüksəlib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır məlumat yayıb.

Bildirilib ki, İstanbulda hazırlanan "Royal Match" adlı tapmaca oyunu "Microsoft"un "Candy Crush Saga" oyununu geridə qoyaraq dünyanın ən gəlirli mobil oyunu olub.

Məlumata görə, "Royal Match" iyul ayından bəri ən yüksək aylıq gəlirə malik mobil oyundur.

Xatırladaq ki, "Royal Match" ilk dəfə 2021-ci ildə buraxılıb. Bu tip oyunlar 2000-ci illərin əvvəllərində Bejeweled tərəfindən populyarlaşdırıldığı üçün ən populyar oyun janrına çevrilib.

"Candy Crush Saga" uzun müddət populyarlığını qoruyub və gəliri 20 milyard dollara çatıb.

"Royal Match"ın sürətli böyüməsi və illik ümumi gəlirinin 2 milyard dollara çatması onun aşağı büdcəli komanda tərəfindən geniş auditoriyaya müraciət edən keyfiyyətli oyun inkişaf etdirməyə yönəldilməsi ilə əlaqələndirilir.

Son xəbərlər