Bill Qeytsdən gözlənilməz addım - “Microsoft” rəhbərliyindən ayrıldı
105 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin ikinci şəxsi olan Bill Qeyts özünün qurduğu “Microsoft” şirkətinin rəhbərliyindən ayrıldığını açıqlayıb.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, o, bundan sonra xeyriyyə işləri - xüsusilə səhiyyə, təhsil, iqlim məsələləri ilə məşğul olacağını deyib.
Qeyts “Microsoft”un İdarə Heyətinin üzvü Satya Nadella və digərlərinə texniki məsələlərdə məsləhətlər verməyə davam edəcək.
“Bu qərar “Microsoft”dan tamamilə ayrıldığım mənasına gəlmir. “Microsoft” hər zaman həyatımın önəmli bir hissəsi olacaq və şirkətin gəcələk hədəflərinə çatması üçün dəstəyimi verməyə davam edəcəyəm”.
Bill Qeyts təkcə “Microsoft”dan deyil, 2004-cü ildən rəhbərliyində yer aldığı Uorren Baffettin “Berkshire Hathaway” şirkətindən də ayrılıb.
Oxşar xəbərlər
Türkiyənin ən varlı şəxsləri məlum oldu - SİYAHI
“Forbes” Türkiyənin ən varlı şəxslərinin siyahısını tərtib edib. BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, siyahıya 3,7 milyard dollarlıq sərvəti ilə “Yıldız...