Milyarderlər bir gündə 238 milyard dollar itirdilər
Dünyanı cənginə alan koronavirusun maliyyə bazarlarına vurduğu ziyan və ardınca neftin qiymətinin 30 dollardan aşağı enməsi milyarderlərin böyük sərvət itirməsinə səbəb olub.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, dünyanın ən varlı 500 şəxsi 1 gündə ümumilikdə 238,5 milyard dollar itirib.
Ən varlılar siyahısında birinci yerdə olan Ceff Bezosun sərvəti 5,6 milyard dollar azalıb və 112 milyard dollar olub. Onun sahibi olduğu “Amazon” şirkətinin hissə dəyərləri 5,29 faiz dəyər itirib.
“Microsoft” şirkəti isə 6,78 faiz dəyər itirib. Bu da şirkətin qurucusu Bill Qeytsin ümumi sərvətinin 5,12 milyard dollar azalmasına səbəb olub. Hazırda Qeytsin 106 milyard dollar sərvəti var.
“Bloomberg”in məlumatına görə, ən varlı 500 nəfərdən sadəcə 17 nəfərin sərvəti artıb. Bunların başında “Muyuan Foodstuff” qida şirkətinin çinli sahibi Qin Yinqlin gəlib. Onun sərvəti 536 milyon dollar artıb və 13,7 milyard dollara çatıb.
Oxşar xəbərlər
Bill Qeytsdən koronavirus çağırışı
"Microsoft" şirkətinin keçmiş təsisçisi və rəhbəri Bill Qeyts COVİD-19 virusunun bütün dünyanı sarsıdacaq ölümcül pandemiyaya çevrilmə təhlükəsi barədə yazıb. B...