Türkiyə ilə Ukrayna arasında hərbi və sənaye sahəsində Anlaşma Memorandumu imzalanıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında strateji sənaye sahəsində Anlaşma Memorandumu imzalanıb.
BAXU.WS xarici mətbuata istinadən xəbər verir ki, memorandumu Ukraynanın strateji sənayelər naziri Aleksandr Kamışin, o cümlədən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır imzalayıblar.
Qeyd olunub ki, sənəd iki ölkənin şirkətləri arasında strateji sənaye və texnologiyalar sahəsində əməkdaşlığın təşviqinə, həmçinin bu sahələrdə mövcud layihələrin həyata keçirilməsinə və yeni layihələrin başlanmasına dəstək olmaq məqsədi daşıyır.
Əməkdaşlıq çərçivəsində, avtonom nəqliyyat vasitələrinin, ən əsası pilotsuz uçuş aparatlarının istehsalı üçün imkanların inkişafı, müxtəlif tipli PUA-ların istehsalının artırılması, iki ölkənin strateji sənayelərinin avtonom sistemləri, kosmik və digər texnoloji sektorları sahəsində tədqiqat və inkişaf, eyni zamanda strateji sənaye sahələrinin tərəqqisi üçün zəruri olan digər texniki əməkdaşlıqlar yer alır.
Sözügedən sənəd Ukrayna və Türkiyə Prezidentlərinin iştirakı ilə imzalanıb.
Oxşar xəbərlər
Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR
Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz...