Ukrayna Türkiyənin "Baykar" şirkəti ilə yeni müqavilələr imzalayıb

Ukrayna Türkiyənin Baykar şirkəti ilə yeni müqavilələr imzalayıb
Siyasət 132

Ukrayna və Türkiyənin məşhur "Bayraktar" pilotsuz uçuş aparatlarının istehsalçısı olan "Baykar" şirkəti arasında yeni əməkdaşlıq müqavilələri imzalanıb.

BAKU.WS "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Strateji Sənaye naziri Aleksandr Kamışin teleqram kanalında bildirib.

"Türkiyədə "TEKNOFEST 2023" beynəlxalq aviasiya texnikası sərgisində görüşlərim oldu. Bu görüşlərin bir məqsədi var - Ukraynanın müdafiə sənayesini gücləndirmək yollarını tapmaq", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Ukrayna Türkiyənin "Baykar" şirkəti ilə üç yeni müqavilə bağlayıb.

"Mən sizə təfərrüatları deməyəcəyəm, amma sizi əmin edirəm ki, bu müqavilələr ölkəmizə ixrac gəlirləri və yeni nəsil silahlar təqdim edir", - deyə Kamışin qeyd edib.

Xatırladaq ki, Türkiyənin "Baykar" şirkəti Ukraynada "Bayraktar" PUA-larının istehsalı üçün zavod tikir. "Baykar" həmçinin Ukrayna mühərrikləri ilə təchiz edilən yeni dronları sınaqdan keçirir.

Son xəbərlər