“Microsoft Word” üçün yeni funksiya istifadəyə veriləcək

“Microsoft Word” üçün yeni funksiya istifadəyə veriləcək
Siyasət 318

"Microsoft 365" ofis paketi üçün yol xəritəsini dərc edən "Microsoft"un tərtibatçıları perspektivli funksiyalardan birinin mətn redaktoruna inteqrasiya edilməsi planını açıqlayıb. Şirkətə yaxın mənbələrin məlumatına əsasən, "Microsoft Word" hər bir konkret istifadəçinin yazı tərzinə uyğunlaşaraq ona mətnin yığılmasında kömək edəcək.

BAKU.WS "ICTnews"a istinadən xəbər verir ki, mətnin proqnozlaşdırılması funksiyası ilk dəfə ötən ilin sentyabrında "Word", "Outlook.com" və "Microsoft 365" sınaq versiyasında tətbiq edilmişdi. Lakin bu funksiya yalnız Şimali Amerikada yaşayan istifadəçilər üçün məhdud rejimdə əlçatan olub. "Microsoft"un bu funksiyası yazılanları proqnozlaşdırmaqla mətnin daxil edilməsini sürətləndirməyi nəzərdə tutur.

Mətnin daxil edilməsi zamanı istifadəçi alqoritmə görə məna baxımından ən uyğun gələn söz və söz birləşmələrini görəcək. Onlar boz rənglə işıqlandırılacaq, istifadəçi uyğun gələn mətnin sürətli daxil edilməsi üçün TAB və ya təklif edilmiş variant uyğun gəlmədikdə "Escape" düyməsini sıxmalı olacaq.

Bundan başqa, "Microsoft Word" tədricən istifadəçinin yazı tərzinə uyğunlaşacaq, orfoqrafik və qrammatik səhvlərin sayını azaltmağa kömək edəcək. "Microsoft"un nümayəndələri mətnin proqnozlaşdırılmasında maşın təlimi modelindən istifadə edildiyini bildiriblər. Şirkət istifadəçi tərəfindən daxil edilmiş mətnə giriş əldə etmir.

Son xəbərlər