Dünyaya qapalı ölkədən görmədiyiniz FOTOlar
24
avq
2018
10:41
Koreya Xalq Demokratik Respublikası bütün qapılarını Dünyaya bağlayıb. BAKU.WS-in məlumatına görə, əksər ölkələrlə münasibətləri kəsən Şimali Koreyada "Həyat necə davam edir?" sualı hər kəs üçün maraqlıdır. Ölkənin ərazisi 120 min 540 kvadratkilometr, əhalisi 24 milyon nəfərdir. Paytaxtı Pxenyan şəhəridir.1970-ci illərdə ağır iqtisadiyyatın, ordu xərclərinin və neft qiymətlərinin kəskin artımı ölkə iqtisadiyyatının tənəzüllünə səbəb olub və bu, 1980-ci ildə defoltla nəticələnib.1994-cü ildə vəfat edən Kim İr Senin ardınca hakimiyyətə onun oğlu Kim Çen İr yiyələnib və ölkə iqtisadiyyatındakı durğunluq və izolyasiya onun rəhbərliyi illərində də davam edib.2002-ci ildə hakimiyyət islahatlara başlayıb - milli valyuta devalvasiya edilib, kənd təsərrüfatı məhsullarının qiyməti sərbəstləşdirilib, kəndlərdəki kollektiv təsərrüfat növü ailə təsərrüfatlarıyla əvəz edilib. Nəticədə xarici investisiyaların həcmi kəskin artıb. Təkcə Çin 2004-cü ildə Şimali Koreya iqtisadiyyatına 200 milyon ABŞ dolları həcmində yatırım qoyub. 2007-ci ildə - Cənubi Koreya prezidentinin Şimali Koreyaya səfərindən sonra bu ölkələr birləşməyə qərar veriblər və yardım üçün BMT-yə müraciət ediblər. Ancaq son illərdə Şimali Koreyada sərt kurs tərəfdarlarının artması bu prosesin inkişafına mane olub, Cənubi Koreyaya rəsmi münasibət dəyişib. İqtisadi islahatlar da dayandırılıb, ölkə nüvə problemi üzrə altıtərəfli danışıqlarda iştirakdan imtina edib.2009-cu ildə Şimali Koreya Konstitusiyasında dəyişiklik edərək kommunizmlə bağlı bütün sözləri əsas qanunundan çıxarıb. Yeni dəyişikliklərə görə, güclü ordu ideologiyası önə çıxarılıb və dövlət başçısı Kim Çen İrin səlahiyyətləri artırılıb. Əgər 1998-ci il Konstitusiyasında dövlət başçısının sadəcə dövlət məsələləri ilə məşğul olması nəzərdə tutulurdusa, yeni dəyişikliklərə görə o, ali baş komandandır. Yeni Konstitusiyada insan haqlarının qorunmasının zəruriliyi də vurğulanıb.2009-cu ildə Şimali Koreya texnologiyada böyük irləliləyiş edərək kosmosa süni peyk buraxıb. Şimali Koreya, 2012-ci ilin 12 və 16 aprel tarixləri arasında Unha-3 mərmisiylə orbitə 100 kilo ağırlığındakı müşahidə peyki buraxıb. Şimali Koreyada ilk internet kafe Cənubi Koreyanın internet şirkəti "Hoonnet"lə birgə fəaliyyət nəticəsində 2002-ci ildə açılıb. Adi şimalikoreyalının qlobal internet şəbəkəsinə çıxış imkanı yoxdur, lakin Kvanqmyonq adlı yerli intranet xidməti ilə təmin olunub, hansı ki, bura yerli xəbərlər, e-mail xidməti və xarici internet saytlarından senzuradan keçmiş daha çox elmi informasiya daxildir.AbbasBAKU.WS
Oxşar xəbərlər
Nazirlər Kabinetinə YENİ TƏYİNAT
Nazirlər Kabinetinin Aparatında yeni təyinat olub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, baş nazirin Katibliyinin rəisi təyin edilib.Baş nazirin Katibliyinin...