Nazirlər Kabinetinə YENİ TƏYİNAT

Nazirlər Kabinetinə YENİ TƏYİNAT
Siyasət 4144
Nazirlər Kabinetinin Aparatında yeni təyinat olub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, baş nazirin Katibliyinin rəisi təyin edilib.Baş nazirin Katibliyinin rəisi vəzifəsinə Ərəstü Həbibbəyli təyin olunub.Qeyd edək ki, Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərində 12 saylı orta məktəbi bitirdikdən sonra 1997-2001-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001-2003-cü illərdə isə magistr pillələrində təhsilini davam etdirib.2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə aspiranturada təhsil alıb. 2006-cı ildə “Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi əlaqələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləyib, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub.BAKU.WS

Oxşar xəbərlər

İqtisadiyyat nazirinə iki müavin təyin edilib

İqtisadiyyat nazirinə iki müavin təyin edilib

İqtisadiyyat naziri Şahin Mustafayevə iki müavin təyin edilib.BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncaml...

2729 İqtisadiyyat 16:16 02 iyun 2018

Son xəbərlər