Prezidentdən yeni təyinat - Sərəncam

Prezidentdən yeni təyinat - Sərəncam
Siyasət 4
Azərbaycan Prezidenti İlham Əliyev 14 fevral 2018-ci il tarixli 3673 saylı sərəncamı ilə Rüfət Bünyat oğlu Rüstəmzadəni Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edib.BAKU.WS-in məlumatına görə, bu barədə Agentliyin Kommunikasiya və İnformasiya Texnologiya şöbəsindən məlumat verilib.Rüfət Rüstəmzadə 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2002-ci illərdə illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa Birinci Texniki Yardım Layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışıb. 2002-2007-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa İkinci Texniki Yardım Layihəsinin işçi qrupunun direktoru olub.2007-2010-cu illərdə "Caspian Biznes Consaltinq” MMC-nin idarəedici tərəfdaşı, 2010-2013-cü illərdə isə Liviya – Azərbaycan QSC-nin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib. 2014-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq layihələr şöbəsinin müdiri vəzifələrində çalışıb. Rüfət Rüstəmzadə daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyib.ŞahinBAKU.WS

Oxşar xəbərlər

Əmək pensiyaları ilə bağlı dəyişiklik

Əmək pensiyaları ilə bağlı dəyişiklik

Dövlət başçısı İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli qanununun tətbiqi il...

14254 Siyasət 20:24 13 fevral 2018

Son xəbərlər