Uğurlu karyerası olan gənc məmurlarımız (SİYAHI)
BAKU.WS Azərbaycanın ən gənc vəzifəli şəxslərini təqdim edir:
Ramin Quluzadə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2017-ci il tarixində imzaladığı Sərəncamla Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunub. Ailəlidir, 2 övladı var.
Mikayıl Cabbarov Azərbaycan Respublikasının təhsil naziri1976-cı ildə Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb. 2004-2009-cu illərdə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini, 2009-2013-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifələrində çalışıb. Azərbaycan Badminton Federasiyasının prezidentidir. "Breyn-Rinq" oyunlarının 1996-1997-ci illər üzrə mütləq MDB çempionu adını qazanıb. 1997-ci ildə Moskvada təşkil edilmiş "Nə? Harada? Nə zaman?" oyununun yay seriyasında iştirak edən ilk azərbaycanlı bilicidir. "Nə? Harada? Nə zaman?" Bakı Televiziya Klubunun təcrübəli üzvüdür. Beşillik oyunların qalibidir. Evlidir, 2 övladı var.
Fərhad Hacıyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Universitetini və Dövlət İqtisad Universitetini fərqlənmə ilə bitirib. Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi var. Harvard Kennedi Məktəbinin məzunudur. Əmək fəaliyyətinə 1998-ci ildən Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasında departament müdiri vəzifəsində başlayıb. 1999-cu ildə ARGTMŞ-in Məclis Sədri, 2000-ci ildə isə Baş Katibi seçilib. 2001-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyində Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri vəzifəsinə təyin olunub. 2002-ci ilin noyabr ayında Gənclər və İdman nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 2006-2009-cu illərdə Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinin sədri vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilib. 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsində işləyir. 2015-ci ildə Birinci Avropa Oyunlarının təşkilində iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilib. Ailəlidir.
Elnur Abdullayev
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi1983-cü ildə Bakı şəhərində anadan olub. "Nottingham City Technology Collage" orta məktəbinin məzunudur. Azərbaycan Respublikası Qərb universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakultəsini və Böyük Britaniyanın "The Open University” universitetinin "Biznes İdarəetmə” fakultəsini bitirib. Daha sonra, Amerika Birləşmiş Ştatlarının "Preston” universitetində "İnformasiya Texnologiyaları” fakultəsini müvəffəqiyyətlə bitirərək magistr dərəcəsinə yiyələnib. Hazırda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "İnzibati idarəetmə” fakültəsində təhsil alır. Əmək fəaliyyətinə 2003-cü ildən etibarən özəl sahədə başlayıb. 2011-2015-ci illərdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində baş direktor vəzifəsində çalışıb. 2015-ci ilin avqust ayından Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində calışır. Azərbaycan, türk, rus və ingilis dillərində sərbəst danışır. Ailəlidir, iki övladı var.
İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
1981-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini, 2003-cü ildə isə Tarix fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantura pilləsini müvəffəqiyyətlə bitirmişdir. "Qloballaşmanın mənəvi etik əsasları və onların Azərbaycan fəlsəfə və etikasında dərki” mövzusunda elmi işi üzrə 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. 20 elmi və 130-a qədər publisist məqalələrin müəllifidir. Azərbaycan və ingilis dillərində çap edilmiş "Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə” kitabının həmmüəllifidir. 2005-ci ildə yaranmış Ümumrespublika Gənclər Hərəkatı "İRƏLİ” İctimai Birliyinin 6 təsisçisindən biri olub. 2007-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müşaviri vəzifəsində çalışıb. 2008-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya təminatı şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində , 2011-ci ildən həmin şöbənin Analitik təhlil və proqnozlaşdırma sektorunun müdiri vəzifəsində işləyib. Ölkə başçısının 2012-ci il 31 may tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru təyin olunub. Rus və ingilis dillərini bilir. Evlidir, bir övladı var.
Rəşad Orucov Mərkəzi Bankın Baş direktoru1978-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1998-ci ildə başlayıb. 2000-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinə baş iqtisadçı vəzifəsində, 2004-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin İT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib. 2006-2008-ci illərdə AR Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin xarici nəzarət şöbəsinin rəisi vəzifəsində, 2008-2011-ci illərdə AR Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləyib. 2011-ci ilin iyun ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib. Hazırda həmin vəzifədə çalışır. Ailəlidir, 2 övladı var.
Rüfət Aslanlı Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri
1970-ci ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1993-cü ildən Aqrar Sənaye bankında mühasibat uçotu idarəsində iqtisadçı vəzifəsində başlayıb. Azərbaycan Respublikası Milli Bankının Baş pul-kredit siyasəti və valyutanın tənzimi idarəsində aparıcı iqtisadçı, baş iqtisadçı, valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışıb. 2000-ci ilin iyul ayından Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru, 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilib. 2006-cı ildə Milli Bankın Baş direktoru, 2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. 2008-2016-cı illərdə isə Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin edilib. Ailəlidir, 3 övladı var.
Ceyhun Osmanlı Odlar Yurdu universiteti, Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektor
1982–ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə bakalavr pilləsini, 2005–ci ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Akademik təhsilə davam edərək Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasına qəbul olub və elmi işini müvəffəqiyyətlə tamamlayıb. 1999-cu ildə "Azərbaycan Könüllülər" İctimai Birliyini yaradıb. 2005-ci ildə "İrəli" gənclər hərəkatının həmtəsisçilərindən biri olub. 2004–2006-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının Baş Katibi, 2006-2009-cu illərdə isə Qafqazda ilk Gənclər Parlamenti olan Azərbaycan Gənclər Parlamentinin sədri olub.
Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsinin idarə heyətinin üzvü olub. Sabiq deputatın eyni zamanda Avropa Şurası Gənclər və İdman Direktorluğunda gənclər üzrə ekspert kimi iş təcrübəsi də var. 2010-cu ildə 63 saylı Sabirabad birinci seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olub. Hazırda Odlar Yurdu universitetində Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektor vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.
BAKU.WS
Oxşar xəbərlər
Musa Pənahov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub
Musa Pənahov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub. BAKU.WS xəbər verir ki, "APA-Economics"in məlumatına görə, 2...