Prezident sərəncam verdi: Azərbaycanda iki nazirlik birləşdirildi

Prezident sərəncam verdi: Azərbaycanda iki nazirlik birləşdirildi
Siyasət 3308

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

BAKU.WS xəbər verir ki, Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.

Sərəncama əsasən Nazirlər Kabineti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflər iki ay müddətində hazırlanıb dövlət başçısına təqdim olunacaq. Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılması üç ay müddətində təmin edilib Prezidentinə məlumat veriləcək.

Bundan başqa, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməlidir.

Sərəncama əsasən Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

BAKU.WS

Oxşar xəbərlər

Sabiq nazir barəsində cinayət işinin başlanması haqda danışdı

Sabiq nazir barəsində cinayət işinin başlanması haqda danışdı

Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində cinayət işinin başlanması haqda yayılan xəbərlərə münasibət bildirib. Sabiq nazir APA-ya aç...

1812 Hadisə 14:47 26 oktyabr 2016

Son xəbərlər