Sabiq nazir barəsində cinayət işinin başlanması haqda danışdı

Sabiq nazir barəsində cinayət işinin başlanması haqda danışdı
Hadisə 1812

 

Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində cinayət işinin başlanması haqda yayılan xəbərlərə münasibət bildirib.

Sabiq nazir APA-ya açıqlamasında deyib ki, barəsində cinayət işi başlanmayıb, yayılan xəbərlər həqiqəti əks etdirmir və dezinformasiyadır.

O, hazırda evində olduğunu da əlavə edib.

Qeyd edək ki, bəzi KİV-də sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində ayrıca cinayət işi başlanması ilə bağlı xəbərlər yayılıb. Sabiq nazirin barəsində cinayət işinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək rütbəli əməkdaşları barədə başlanmış cinayət işindən ayrıldığı və ayrıca icraata verildiyi də iddia olunur.

BAKU.WS

Oxşar xəbərlər

Əli İnsanov barəsində yeni cinayət işi açılıb

Əli İnsanov barəsində yeni cinayət işi açılıb

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işi başlanılıb. BAKU.WS-in məlumatına görə, bu barədə "Report"a onun vəkili Toğrul Babayev...

1550 Hadisə 09:56 24 avqust 2016

Son xəbərlər