İşdən kənarlaşdırıldığı deyilən nazirdən MTN açıqlaması

İşdən kənarlaşdırıldığı deyilən nazirdən MTN açıqlaması
Digər 832

 

"Hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində heç bir qanun pozuntusuna yol verilməyib”.

BAKU.WS-in APA-ya istinadla verdiyi məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

"Hesab edirəm ki, saxlanılanlar barəsində qanun çərçivəsində tədbir görüləcək. Mətbuatda bizim nazirlik ətrafında baş verənlər barədə yanlış informasiyalar verilir. Düşünürəm ki, hər şey qanun çərçivəsində həll olunacaq”, - deyə nazir bildirib.        

Ə. Abbasov işdən kənarlaşdırılması barədə mətbuatda yayılan məlumatlara da münasibət bildirib: "Bu məlumatlar həqiqəti əks etdirmir. Mən iş başındayam və vəzifəmin icrasını davam etdirirəm”.

BAKU.WS

Oxşar xəbərlər

Baş Prokurorluqda dindirildiyi deyilən nazirlə bağlı açıqlama (RƏSMİ)

Baş Prokurorluqda dindirildiyi deyilən nazirlə bağlı açıqlama (RƏSMİ)

Kütləvi informasiya vasitələrində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Baş Prokurorluğa çağırılaraq dindirildiyi barədə məlumatlar yayılıb. BAK...

1863 Hadisə 10:23 30 oktyabr 2015

Son xəbərlər