Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov həbs olunub

Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov həbs olunub
Hadisə 2250

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) aparat rəhbəri Vidadi Zeynalov həbs olunub.   BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə V. Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. V. Zeynalovun vəzifəsindən azad olunması barədə də artıq əmr imzalanıb. Qeyd edək ki, V. Zeynalovun həbsinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun fəaliyyəti ilə əlaqəli olduğu bildirilir. B. Hüseynov da işdən çıxarılaraq, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bir müddət əvvəl V. Zeynalovun saxlanılması barədə məlumatlar yayılıb. RYTN-də çalışan daha bir neçə yüksək vəzifəli şəxsin saxlanılması barədə də məlumatlar var.

BAKU.WS

Oxşar xəbərlər

"MTN işi" ilə əlaqədar 15 nəfər həbs olundu

"MTN işi" ilə əlaqədar 15 nəfər həbs olundu

Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə bağlı başlanan cinayət işi üzrə həbs olunanların sayı 15-ə çatıb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, iş...

1869 Hadisə 14:19 28 oktyabr 2015

Son xəbərlər