MTN-in daha bir rəisi işini itirdi

MTN-in daha bir rəisi işini itirdi
Hadisə 1830

MTN-nin daha bir əməkdaşı işdən azad edildi.

 

BAKU.WS-in Ans press saytına istinadən verdiyi məlumata görə, nazirliyin Xaçmaz şöbəsinin Xudat bölməsinin rəisi Rəşad Qasımov sərəncama göndərilib. O, ötən gün nazirliyə gedib. Faktı Xaçmaz icra başçısının Xudat şəhər nümayəndəsi Akif Mərdanov da təsdiqləyib. Onun MTN-də çalışan generallardan birinin qohumu olduğu deyilir. Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb. Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir. Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Baş Prokurorluq bu barədə məlumat yayıb. Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi barəsində məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. MTN-dən həbs xəbərlərinə sərt reaksiya verib. BAKU.WS

Oxşar xəbərlər

MTN-də daha bir general işdən çıxarıldı (Yeni təyinatlar)

MTN-də daha bir general işdən çıxarıldı (Yeni təyinatlar)

Milli Təhlükəsizlik Nazirliyində növbəti vəzifədən azad etmə və təyinat həyata keçirilib. BAKU.WS-in Qafqazinfo saytına istinadən verdiyi məlumata görə, nazir...

2248 Hadisə 17:22 27 oktyabr 2015

Son xəbərlər