Eldar Mahmudov saxlanıldı
Prezidentin sərəncamı ilə oktyabrın 17-də vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudov yoxa çıxıb. Onun harada olması barədə heç bir məlumat yoxdur. BAKU.WS-in virtualaz.org saytına istinadən verdiyi xəbərə görə, nazir vəzifədən azad ediləndən sonra MTN-in bir neçə əməkdaşı həbs olunub. Onlar telefon danışıqlarını izləməklə məşğul imiş. Belə güman edilir ki, həmin MTN əməkdaşları yüksək rütbəli məmurların telefonlarını ölkə rəhbərliyinin icazəsi olmadan, E.Mahmudovun göstərişi ilə dinləyirmiş. Digər məlumata görə, keçmiş nazirin özü də qulluq səlahiyyətlərini aşdığı üçün hazırda saxlanılıb. BAKU.WS
Oxşar xəbərlər
Eldar Mahmudovun daha bir qohumu işdən çıxarıldı
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynovun vəzifəsindən azad olunması təsdiqlənib. BAKU.WS-in məlumatına görə, Rabitə və Y...