Eldar Mahmudovun daha bir qohumu işdən qovuldu
27
okt
2015
09:43
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun qardaşı da vəzifəsindən azad edilib. BAKU.WS-in aznews.az-a istinadən xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Xeyrulla Hüseynov işiylə vidalaşıb. Beytulla və Xeyrulla Hüseynov qardaşları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudurlar. E.Mahmudovun işdən çıxarılmasından sonra oktyabrın 21-də B.Hüseynov da tutduğu vəzifədən qovulub. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırma gedir.
BAKU.WS
Oxşar xəbərlər
Eldar Mahmudovun yaxın qohumuna cinayət işi açıldı
Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun işdən azad olunması ilə...