Eldar Mahmudovun qohumu həbs olundu
Bir müddət əvvəl vəzifəsindən azad olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov həbs olunub. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə B. Hüseynovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. B. Hüseynov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Qeyd edək ki, B.Hüseynov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən kənarlaşdırılıb. Onun tutduğu vəzifə müvəqqəti olaraq texniki direktor Rəsul Qurbanova həvalə olunub. Onu da əlavə edək ki, B. Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. BAKU.WS
Oxşar xəbərlər
Eldar Mahmudovun daha bir qohumu işdən qovuldu
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun qardaşı da vəzifəsindən azad edilib. BAKU.WS-in aznews.az-a istinadən xəbər verir...