Daha bir nazirin işdən çıxarılması xəbəri yayıldı

Daha bir nazirin işdən çıxarılması xəbəri yayıldı
Siyasət 2944

Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov prezident İlham Əliyevin fərmanı ilə işdən çıxarıldığı xəbəri yayılıb. BAKU.WS-in məlumatına görə, bu dəqiqələrdə "Qafqazinfo”ya daxil olan məlumata görə, prezident İlham Əliyevin sərəncamı ilə Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad olunub. Yaxın saatlarda sərəncamın rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Məlumatlara görə, prezidentin nazir Əli Abbasovu işdən çıxarması son günlər aparılan təmizləmə işinin tərkib hissəsidir.istiqlal.az-a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub. Mənbənin məlumatına görə, fərman yaxın saatlarda elan ediləcək. Ə.Abbasovun  "MTN işi" ilə bağlı işdən çıxarıldığı barədə ehtimal var. İndiyə qədər nazirliyin 3 işçisi işdən çıxarılaraq həbs edilib.

Qeyd edək ki, BAKU.WS əməkdaşı Nazirliklə əlaqə saxlayıb. Nazirin müavini İltimas Məmmədov hazırda nazirin işdə olduğunu və yanında qonaqlar olduğunu bildirib. O, xəbəri təkzib edib. 

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudovun yaxın qohumuna cinayət işi açıldı

Eldar Mahmudovun yaxın qohumuna cinayət işi açıldı

Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun işdən azad olunması ilə...

1309 Hadisə 14:46 26 oktyabr 2015

Son xəbərlər