Prezident sərəncam verdi: nazirlərin adları siyahıya salındı (RƏSMİ)

Prezident sərəncam verdi: nazirlərin adları siyahıya salındı (RƏSMİ)
Siyasət 9321

 

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” sərəncamında dəyişikliklər edilməsi haqqında qərar verib. 

BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: 

1. "Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 16 iyul tarixli 1035 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 677; 2014, № 2, maddə 112) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Mahmud Kərimov” sözləri "Akif Əlizadə” sözləri ilə, "Əli Şəfiyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini” sözləri "İsmayıl Bağırov – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini” sözləri ilə, "Fuad İsmayılov” sözləri "Qalib İsrafilov” sözləri ilə, "Siyavuş Azakov – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi” sözləri "Vüqar Hüseynov - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi rəisinin müavini” sözləri ilə əvəz edilsin və həmin sözlərdən sonra "Adil Qəribov - Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri əlavə edilsin;

1.2. "Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri” sözlərindən sonra "Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” və "Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri” sözləri, "Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözlərindən sonra "Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamla edilən dəyişikliklər barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə bildiriş göndərsin".

BAKU.WS

Oxşar xəbərlər

Prezident Kəmaləddin Heydərova əlavə vəzifə verdi

Prezident Kəmaləddin Heydərova əlavə vəzifə verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublik...

9459 Siyasət 18:42 17 iyun 2016

Son xəbərlər