Prezidentin təyin etdiyi yeni nazir kimdir?

Prezidentin təyin etdiyi yeni nazir kimdir?
Siyasət 4694

 

Bu gün prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri postuna Ramin Quluzadə təyin edilib.

BAKU.WS-in məlumatına görə, yeni nazir Ramin Quluzadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təyin olunana qədər Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev yeni nazir təyin etdi

İlham Əliyev yeni nazir təyin etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalay...

2 Siyasət 16:31 15 yanvar 2016

Son xəbərlər