Prezidentin Yasamal rayonuna təyin etdiyi yeni icra hakimi kimdir?

Prezidentin Yasamal rayonuna təyin etdiyi yeni icra hakimi kimdir?
Siyasət 15975
Prezident İlham Əliyev Əziz Əzizovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsinə təyin edib.BAKU.WS yeni təyin olunan icra başçısı haqqında məlumatları təqdim edir: Əziz Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib.1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olub.Sahibkarlıq fəaliyyətindən isə birbaşa Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Yeni Azərbaycan Partiyasının üzvüdür.Ailəlidir, 3 övladı var.BAKU.WS

Oxşar xəbərlər

Prezident yeni icra başçısı təyin etdi

Prezident yeni icra başçısı təyin etdi

Prezident İlham Əliyev Əziz Əzizovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki,...

4912 Sosial 15:45 02 fevral 2018

Son xəbərlər