Prezident Facebook-da fenomen olan icra başçısını işdən çıxardı (FOTO)
Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tutduğu vəzifədən azad olunub. Bu vəzifəyə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin olunub.
Virtualaz.org bildirir ki, bu barədə sərəncamların olması haqda xəbər isə bir az əvvəl Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağəliyevin iştirak etdiyi Salyan RİH-də rayon idarə-müəssisə rəhbərlərinin iştirakı ilə keçirilmiş toplantıda açıqlanıb.
Qeyd edək ki, Tahir Kərimov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 2011-ci ildən işləyirdi.
Salyanın yeni başçısı Hətəmov Sevindik Hacıağa oğlu 1963-cu il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis- mexanik fakultəsini bitirib.
2005-.2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisiin üzvü, sonralar Azərbaycan Respublikası Prezidenti Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçisi işləyib.
Azərbaycan prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı işləyirdi.
BAKU.WS
Oxşar xəbərlər
Dövlət başçısı iki icra başçısını vəzifəsindən azad etdi
Azərbaycan prezidenti İlham Əliyev iki sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncamı ilə Cəbrayıl rayon...