Prezident İlham Əliyev özünə İqtisadi islahatlar üzrə köməkçi təyin etdi
Natiq Əmirov Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.
BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Әmirov Natiq Әrziman oğlu 1967-ci ildə Dəvəçi rayonunda anadan olub. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu iqtisadçı ixtisası, 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini hüquqşünas ixtisası ilə bitirmişdir. 1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1993-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Vətəndaşların Vergiyə Cəlb Edilməsi Şöbəsində böyük dövlət vergi müfəttişi, 1993-1994-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Dövlət Müəssisələrinin, Təşkilatların və Birliklərin Mənfəətinin (gəlirlərinin) Vergiyə Cəlb Edilməsi və sair Gəlirlər Şöbəsində dövlət vergi müfəttişi, 1994-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyidə Qeyri-dövlət Müəssisələrində Vergi Qanunvericiliyinə və Dövlət Qiymət İntizamına Nəzarət Şöbəsinin rəisi, 1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini, 2000-2001-ci illərdə Bakı şəhəri Səbail Rayonu Vergilər İdarəsinin rəis müavini işləmişdir. 2001-2003-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi iri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentin rəis müavini, 2003-2005-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi, 2005-2009-cu illərdə isə Azərbaycan Respublikası Vergilər nazirinin müavini vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Ailəlidir, 3 övladı var. BAKU.WS
Oxşar xəbərlər
Prezident Zakir Qaralovu təltif etdi
Prezident İlham Əliyev Zakir Qaralovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam verib. BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: "Azərbay...