Prezidentin təyin etdiyi yeni nazir kimdir?

Prezidentin təyin etdiyi yeni nazir kimdir?
Siyasət 20460
Xəbər verdiyimiz kimi prezident İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun Azərbaycanın energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS Pərviz Oqtay oğlu Şahbazov haqqında oxucularımıza məlumatları təqdim edir: O, 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiridir. Ailəlidir, iki övladı var. Səfir ingilis, alman və rus dillərini bilir.Məlumatlara görə, Pərviz Şahbazov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdirinin birinci müavini Oqtay Şahbazovun oğludur.BAKU.WS

Oxşar xəbərlər

Prezident İlham Əliyev yeni nazir təyin etdi (RƏSMİ)

Prezident İlham Əliyev yeni nazir təyin etdi (RƏSMİ)

Azərbaycanın yeni energetika naziri təyin edilib.BAKU.WS-in məlumatına görə, Prezident İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun Azərbaycanın energetika naziri...

20160 Siyasət 16:53 12 oktyabr 2017

Son xəbərlər