İlham Əliyev icra başçısına orden verdi

İlham Əliyev icra başçısına orden verdi
Siyasət 2550

 

Prezident İlham Əliyev İbrahim Mehdiyevin "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə İbrahim Əsgər oğlu Mehdiyev "Şöhrət” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, İbrahim Mehdiyev 1 aprel 1946-cı ildə Ağdaş rayonunda anadan olub. 1963-cü ildə Yevlax şəhərində orta məktəbi, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1963-cü ildə başlayan İ.Mehdiyev "Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, "Elektomaş” Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, "Azərelektroişıq” İstehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyasının Fizika İnstitutunun "Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru kimi vəzifələrdə işləyib.

2000-ci ildən 2006-cı ilədək Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

1974-cü ildə "Şərəf Nişanı” Ordeni ilə təltif olunub. 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, iki övladı var.

BAKU.WS

Oxşar xəbərlər

Bayram Səfərov “Şöhrət” ordeni ilə təltif edilib

Bayram Səfərov “Şöhrət” ordeni ilə təltif edilib

Azərbaycan prezidenti İlham Əliyev Bayram Əsəd oğlu Səfərovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, B. Səfər...

1360 Siyasət 18:39 17 mart 2016

Son xəbərlər