Əmək pensiyaları ilə bağlı dəyişiklik

Əmək pensiyaları ilə bağlı dəyişiklik
Siyasət 14254
Dövlət başçısı İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli qanununun tətbiqi ilə əlaqədar prezidentinin bəzi sərəncamlarının ləğv edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS xəbr verir ki, “yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” prezidentin indiyə qədər verdiyi sərəncamlar ləğv edilib.1. “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1394 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 282) ləğv edilsin.2. “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 sentyabr tarixli 1683 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 784) ləğv edilsin.3. “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 1847 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1106) ləğv edilsin.4. “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1896 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 19) ləğv edilsin.5. “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 2578 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1297) ləğv edilsin.6. “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3006 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 767) ləğv edilsin.7. “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli 1077 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 752; 2013, № 8, maddə 976) ləğv edilsin.8. “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 avqust tarixli 3096 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 976; 2016, № 1, maddə 114) ləğv edilsin.9. “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 yanvar tarixli 1704 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 114, № 9, maddə 1464) ləğv edilsin.BAKU.WS

Oxşar xəbərlər

Prezident pensiya ilə bağlı MÜHÜM FƏRMAN İMZALADI

Prezident pensiya ilə bağlı MÜHÜM FƏRMAN İMZALADI

İlham Əliyev "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq...

30576 Sosial 20:32 25 sentyabr 2017

Son xəbərlər