İlham Əliyev maaşları qaldırdı (RƏSMİ)
Dövlət başçısı İlham Əliyev minimum əmək haqqının artırılması ilə bağlı sərəncam imzalayıb.
BAKU.WS bununla bağlı sərəncamı təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında əhalinin maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 31 avqust tarixli 3112 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 992) 1-ci hissəsi ləğv edilsin.
Bu, minimum əməkhaqqının 11 manat (10,5 faiz) artımı deməkdir.
Oxşar xəbərlər
Prezident pensiyalarla bağlı fərman imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası...