Baydenin müşaviri bin Salmanla Qəzzadakı vəziyyəti müzakirə edib

Baydenin müşaviri bin Salmanla Qəzzadakı vəziyyəti müzakirə edib
Siyasət 0

ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bölgədəki böhranı müzakirə etmək üçün Yaxın Şərqə səfəri zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc olunmuş bəyanatda deyilir.

"Onlar bir sıra ikitərəfli və regional məsələləri, o cümlədən israillilər və fələstinlilər arasında davamlı sülh üçün şərait yaratmaq səylərini müzakirə ediblər", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, siyasətçilər Qəzza zolağında humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Son xəbərlər