Putin və bin Salman arasında sərt danışıq olub
Martın əvvəlində OPEC+ sazişində iştirak edən tərəflərin görüşündən öncə sazişin uzadılması və neft hasilatının daha da azaldılması mövzusunda Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında sərt telefon danışığı baş tutub.
BAKU.WS xəbər verir ki, bu barədə Londonda dərc olunan "Middle East Eye" nəşri yazıb.
Bildirilir ki, telefon danışı zamanı şahzadə aqressiv olub və Putinə ultimatum verib. O deyib ki, razılıq əldə olunmasa, Səudiyyə Ərəbistanı qiymət müharibəsinə başlayacaq. Putin belə bir şərtdən imtina edib və danışıq pis başa çatıb.
Vladimir Putinlə danışmazdan əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ABŞ prezidentinin Yaxın Şərq üzrə müşaviri Cared Kuşner ilə məsləhətləşib.
Aprelin əvvəlində "Bloomberg" də Səudiyyə Ərəbistanının Moskvaya verdiyi ultimatuma görə OPEC ilə Rusiya arasında neft hasilatını məhdudlaşdırmaq mövzusunda çətinliklər yaşandığını yazmışdı. Ər-Riyad əslində Rusiyadan hasilatı hamıdan daha çox azaltmağı tələb edib ki, Moskva da buna razı olmayıb.
Oxşar xəbərlər
Putin və Tramp arasında telefon danışığı olub
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yenidən telefon danışığı olub. BAKU.WS-in verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xid...