Koronavirus qlobal enerji bazarına necə təsir edəcək?
Koronavirusun yayılmasının qlobal enerji bazarına təsiri olduqca qeyri-müəyyəndir.
BAKU.WS-in məlumatına görə, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.
A.Novak bildirib ki, ölkəsi OPEC və qeyri-OPEC neft istehsalçılarından (“OPEC+”) ibarət olan texniki komitənin təklifini qiymətləndirir. “OPEC+” ölkələri arasındakı əməkdaşlıq bazarda sabitliyin qorunması üçün vacibdir. Koronavirusun qlobal enerji bazarlarına təsiri yaxından izlənilir.
Qeyd edək ki, “OPEC+” ölkələrinin Birgə Texniki Komitəsi (JTC) hasilatın azaldılması üzrə mövcud sazişin müddətinin ilin birinci yarısına və ya ilin sonunadək uzadılmasını tövsiyə edib. Martda Avstriyanın paytaxtı Vyanada OPEC-in toplantısı keçiriləcək.
2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.
Oxşar xəbərlər
Koronavirusla bağlı QLOBAL TƏHLÜKƏLİ VƏZİYYƏT elan edildi - VİDEO
"Koronavirusla bağlı vaksin hələ ki yoxdur, həkimlər onun üzərində işləyirlər". BAKU.WS xəbər verir ki, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bu barə...