Səudiyyə Ərəbistanının vəliəhdi Baydenə ABŞ-ın İraqdakı səhvlərini xatırladıb

Səudiyyə Ərəbistanının vəliəhdi Baydenə ABŞ-ın İraqdakı səhvlərini xatırladıb
Siyasət 161

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ Prezidenti Cozef Baydenə Birləşmiş Ştatların İraqdakı səhvlərini xatırladıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə şənbə günü “Al Arabiya” telekanalı Səudiyyə Ərəbistanının adı açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ABŞ Prezidenti ilə jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı söhbətində qeyd edib ki, krallıq rəsmiləri bu faktla araşdırma aparıb və cinayətkarlar məsuliyyətə cəlb olunub.

Cümə günü baş tutan görüş zamanı vəliəhd Baydenin səudiyyəli müxalif jurnalistin öldürülməsi ilə bağlı dediklərinə cavabında baş verənlərin təəssüf doğurduğunu vurğulayıb. "Biz krallıqda bütün qanuni tədbirləri görmüşük - istintaq və məhkəmələrdən tutmuş məhkəmə qərarlarının verilməsi və icrasına qədər. Krallıq həmçinin gələcəkdə belə səhvlərin təkrarlanmaması üçün tədbirlər görüb", - mənbə Məhəmməd bin Salmandan sitat gətirib.

Məlumata görə, vəliəhd Baydenə oxşar hadisələrin bütün dünyada baş verdiyini deyib. Bu kontekstdə o, “Əl-Cəzirə” telekanalının jurnalisti Şirin Əbu Aklenin israilli snayper tərəfindən öldürülməsini xatırladıb və ABŞ-ın bu hadisəyə tam cavab verməsindən şübhələnib.

Bundan əlavə, Məhəmməd bin Salman Vaşinqtonun Yaxın Şərq siyasətini tənqid edib. O, xüsusilə, Birləşmiş Ştatların əsgərlərinin İraqdakı Əbu Qreyb həbsxanasındakı hərəkətlərini ABŞ-ın səhvlərindən biri adlandırıb.

Son xəbərlər