Evə basqın edən silahlı şəxslər təsadüfən 4 uşağı öldürüb
Ekvadorda evə basqın edən silahlı şəxslər səhvən 4 uşağı öldürüb, ananı isə ağır yaralayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə Guayaquil şəhərindəki Guasmo Sur məhəlləsində qeydə alınıb.
Məlumata görə, hücuma məruz qalan evin sakinlərinin hadisə ilə heç bir əlaqəsi yox imiş.
Ölkə mətbuatında yer alan məlumata görə, ölən uşaqlar 5 aylıq, 3, 5 və 7 yaşlarında olub. Hücumla bağlı genişmiqyaslı əməliyyata başlanılıb.
Qeyd edək ki, Ekvador uzun müddətdir təhlükəsizlik böhranı ilə mübarizə aparır. Dəstələr arasında gedən müharibə səbəbindən demək olar ki, hər gün hücum xəbərləri eşidilir.
Oxşar xəbərlər
Dmitri Medvedevin dünya müharibəsi açıqlaması birmanalı qarşılanmadı
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin açıqlaması dünya siyasətçiləri arasında birmnalı qarşılanmayıb. BAKU.WS xəbər verir k...