Dmitri Medvedevin dünya müharibəsi açıqlaması birmanalı qarşılanmadı
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin açıqlaması dünya siyasətçiləri arasında birmnalı qarşılanmayıb.
BAKU.WS xəbər verir ki, Medvedevin 3-cü dünya müharibəsi ola biləcəyi ilə bağlı verdiyi açıqlam Rusiya ilə Avropa arasında onsuzda gərgin vəziyyəti daha da pisləşdirə biləcəyi ehtimalını artırıb.
Bu barədə dünya siyasətçiləri verdikləri açıqlamalarda bildiriblər.
Qeyd edək ki, bu gün Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya ilə NATO arasında toqquşma ehtimalının yüksək olduğunu bildirib.
O, özünün teleqram kanalında bildirib ki, Karib böhranından sonra III Dünya Müharibəsinə səbəb olacaq birbaşa toqquşma təhlükəsi Rusiya ilə NATO arasında heç vaxt bu qədər real olmayıb:
"Rusiya ilə NATO arasında birbaşa toqquşma ehtimalı heç vaxt Karib böhranından sonra indiki qədər yüksək olmayıb”.
Dmitri Medvedev həmçinin vurğulayıb ki, Ukraynaya hərbi yardım edən dövlətlər birbaşa Rusiya üçün təhlükədir və toqquşmalar heç də qaçılmaz deyil:
“Parçalanma mərhələsində olan kiçik bir dövlət üçün bu qədər vəsaitlərin sərf olunması heç də birmənalı qarşılanmamalıdır.
ABŞ prezidenti və ailə üzvlərinin, bu qədər aqressiv və təkəbbürlü siyasətçilərin Rusiyaya qarşı sərt mövqeyləri cavabsız qalmayacaq. Eyni zamanda Rusiya ilə NATO arasında birbaşa qarşıdurma təhdidi bu qədər real olmayıb”.
Qeyd edək ki, Karib böhranı və ya Kuba raket böhranı SSRİ ilə ABŞ arasında 1962-ci ilin oktyabrında yaranmış gərginliyə verilən addır.
Bu gərginlik 16–28 oktyabrda ABŞ-yə məxsus ballistik raketlərin İtaliya və Türkiyədə yerləşdirilməsi, həmçinin buna cavab olaraq sovet raketlərinin Kubada yerləşdirilməsi nəticəsində yaranıb.
Bu qarşıdurma Soyuq müharibə ərzində genişmiqyaslı nüvə müharibəsinin başlamasına yol açacaq ən yaxın münaqişə olaraq da tanınır.
SSRİ-də baş verən oktyabr inqilabı ilə eyniləşdirmək məqsədi ilə kubalılar bu hadisəni “oktyabr böhranı” da adlandırırlar. ABŞ-də "Kuba raket böhranı" terminindən istifadə olunur.
Oxşar xəbərlər
İsveçin xəyalları suya düşdü: İndi gözlər Ərdoğandadır - FOTO
Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra aylardır davam edən qorxu İsveçi yenidən bürüdü. Heç bir şərti yerinə yetirməməsinə baxmayaraq, Kıl...