SİZİN REKLAM BURADA!
055 213 76 73


Hər il film və kino sahəsində ən yaxşıların mükafatlandırıldığı "Qızıl Qlobus"a namizdələrin adları açıqlanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 2024-cü ildə 81-ci dəfə təşkil ediləcək mükafatlandırmada "Ən yaxşı dram janrlı serial" hesab edilən "Succession"ın 9 kateqoriyada "Qızıl Qlobus" qazanacağı ehtimal edilir.

Aktyor Kristofer Nolanın baş rolunu canlandırdığı filmi “Oppenheimer"in isə 8 kateqoriyada "Qızıl qlobus" əldə edəcəyi bildirilib.

Mükafatlandırma mərasimində "Qızıl Qlobus"a namizəd göstərilən Ali Vonq, Chris Rock, Steven Yeun və Trevor Noah kimi aktyorlar da var.

Dram janrlı ekran işində çəkilən "Ən yaxşı aktyor" nominmasiyasında Brayn Koks ("Succession" filmi), Pedro Pascal, ("The Last of Us" filmi), Qary Oldman ("Slow Horses" filmi), Dominik Vest ("The Crown" filmi) kimi tanınmış simalar mübarizə aparacaqlar.

Dram janrlı ekran işində çəkilən "Ən yaxşı aktrisa" nominmasiyasında isə Helen Mirren (“1923” filmi), Bella Ramsey, (“The Last of Us” filmi), Sarah Snook (“Succession” filmi), Emma Stone (“The Curse” filmi) kimi aktrisalar yarışacaqlar.

Ümumilikdə isə "Ən yaxşı aktyor" nominasiyasında Nikolas Keyc (“Dream Scenario” filmi), Mett Deymon (“Air” filmi) Hoakin Feniks (“Beau Is Afraid”), "Ən yaxşı aktrisa" nominmasiyasında isə Emma Stoun ("Poor Things" filmi), Margo Robbi ("Barbie" filmi), Natali Portman ("May December" filmi) kimi aktyorlar "Qızıl Qlobus" uğrunda mübarizə aparacaqlar.

"Hollywood Foreign Press Association"ın yaydığı məlumata görə, mötəbər tədbir gələn il yanvarın 7-də keçiriləcək.

BAKU.WS
QALEREYA