103 dron vurulub, 34 gəmi məhv edilib: ABŞ aviadaşıyıcısı ilə bağlı DETALLAR
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Abraham Lincoln" aviadaşıyıcısı göyərtəsindəki üst qurğuda məhv edilmiş pilotsuz uçuş aparatları və düşmən gəmiləri ilə bağlı qeydlərlə ABŞ-yə qayıdıb.
BAKU.WS xəbər verir ki, bu barədə "The War Zone" (TWZ) portalı aviadaşıyıcının göyərtəsində çəkilmiş foto və videoların təhlilinə əsasən məlumat yayıb.
Nəşrin hesablamalarına görə, aviadaşıyıcının zərbə qrupu ümumilikdə 103 pilotsuz uçuş aparatını və 34 gəmini məhv edib.
Portal ABŞ-nin müdafiə naziri Pit Heqsetin açıqlamasına da diqqət çəkib. Onun sözlərinə görə, fevralın 28-dən avqustun 22-dək "Abraham Lincoln" aviadaşıyıcı zərbə qrupu 77 pilotsuz uçuş aparatını vurub, 64 İran gəmisini isə batırıb.
Bununla belə, aviadaşıyıcının üzərindəki qeydlərlə rəsmi məlumatlar arasında ciddi fərqlər var. Belə ki, gəminin üst qurğusunda vurulmuş pilotsuz uçuş aparatları ilə bağlı ən azı 26 əlavə işarə olduğu halda, məhv edilmiş gəmilərlə bağlı qeydlərin sayı rəsmi məlumatda göstəriləndən 30 azdır.
TWZ bu uyğunsuzluğun mümkün səbəbi kimi aviadaşıyıcını müşayiət edən hərbi gəmilərin və sualtı qayıqların da hədəflərin məhv edilməsində iştirak etməsini göstərir.
To the sailors of the USS ABRAHAM LINCOLN— WELCOME HOME🇺🇸 https://t.co/AoQymN2yfZ
— Secretary of War Pete Hegseth (@SecWar) October 7, 2026
Oxşar xəbərlər
Suriyada Əsəd ailəsinin müsadirə edilmiş vəsaitləri ilə 50 milyard dollarlıq fond yaradılıb
Suriyada keçmiş prezident Bəşər Əsədin ailəsi və yaxın çevrəsindən müsadirə edilən aktivlər hesabına yaradılmış investisiya fondu ölkənin iqtisadiyyatında əsas...