Oyuncaqlar uşaqların psixologiyasını poza bilər?
Uşaq oyuncaqla böyüyür, deyirik… Amma bu oyuncaqlar bəzən uşağın böyüməsinə yox, içində gizlənmiş aqressiyaya, qorxuya və narahatlıqlara yol aça bilər.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə xüsusilə silah formasında olan oyuncaqlar, qəhrəman adı altında təqdim edilən aqressiv fiqurlar, hətta bəzi rəngarəng "şirin" görkəmli məhsullar belə uşaq psixologiyasına zərər vura bilər.
Ən çox narahatlıq doğuran məqam isə odur ki, bəzi ucuz plastik oyuncaqlar tərkibində uşağın sağlamlığına zərərli kimyəvi maddələr daşıyır. Qısası, oyuncaqların görünüşünə aldanmayın – onların içində görünməyən təhlükələr gizlənə bilər.
Buna görə də, uşağa, onun yaşına və inkişafına uyğun oyuncaq seçin. Silah, qılınc, qorxulu fiqurlar yerinə, yaradıcı və düşüncə inkişaf etdirən məhsullara üstünlük verin. Oyuncaq sayını azaldın, uşaq bir neçə oyuncaqla daha keyfiyyətli zaman keçirə bilər.
Oxşar xəbərlər
100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI
Sosial şəbəkələrdə sevgilisinə etibar etməyənləri hədəf seçən və 100-150 manat ödəməklə başqasının mesajlarını oxumağın mümkün olduğunu deyən haker xidmətləri g...