Hindistanda xidmətçilər ev sahibini beş il zirzəmidə ac saxlayıblar
Hindistanda xidmətçilər ev sahibi və qızını zirzəmiyə kilidləyərək beş il ac saxlayıblar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.
Məlumata görə, 70 yaşlı təqaüdçü Sinqha Rathore Omprakaş qızı ilə birgə qohumlarından ayrı yaşayıb.
2020-ci ildə kişi özü və qızına qulluq üçün evli cütlüyü işə götürüb. Xidmətçilər tədricən evi ələ keçiriblər, ev sahiblərini zirzəmiyə kilidləyib, özləri isə yuxarı mərtəbəyə köçüblər.
Qohumları iddia edirlər ki, təqaüdçü və qızının evdən çıxışı məhdudlaşdırılıb. Yaxınları ev sahiblərini ziyarət etməyə çalışsalar da, xidmətçilər bildiriblər ki, ata və qızı heç kimlə görüşmək istəmirlər.
Qohumlar kişinin artıq sağ olmadığı barədə xəbər aldıqdan sonra evə daxil olublar. Onun cəsədi çox arıqlamış vəziyyətdə olub, qızı son dərəcə zəif halda tapılıb. Müstəntiqlər mərhum və qızında uzunmüddətli qidalanma pozğunluğu əlamətlərini qeydə alıblar. Qadın xəstəxanaya yerləşdirilib və vəziyyəti ağır hesab olunur.
Polis hadisə barədə araşdırma aparır.
Oxşar xəbərlər
Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolub
"Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən ayrılmış kvota yeri dolub". Bu barədə BAKU.WS-ə Q...