Hindistanda qəribə hadisə: Marixuananın yoxa çıxmasında siçovulları günahlandırdılar
Hindistanın Ormanji şəhərində polis 2022-ci ilin yanvar ayında narkotik satıcılarından müsadirə edilmiş 11 000 dollar dəyərində 200 kiloqram marixuananın yoxa çıxmasında siçovulları günahlandırıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The New Indian Express" nəşri yazıb.
Məlumata görə, narkotik maddələr NH-20 magistral yolunda nəqliyyat vasitəsinin yoxlanılması zamanı aşkar edilib. Polis Rançidən Ramqarx istiqamətində böyük miqdarda marixuana daşıyan nəqliyyat vasitəsini saxlayıb. Nəticədə bir nəfər həbs edilib.
Jurnalistlər qeyd ediblər ki, narkotik maddələr təqsirləndirilən şəxslərin məhkəməsi zamanı yoxa çıxıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları kobud səhlənkarlıqda ittiham olunublar.
Bildirildiyinə görə, nəticədə ittiham tərəfi marixuananın tapıldığı müsadirə edilmiş nəqliyyat vasitəsi ilə saxlanılan şəxslər arasında əsaslı əlaqə müəyyən edə bilməyib. Məhkəmə onlar barəsində bəraət hökmü çıxarıb.
Oxşar xəbərlər
Həkim sağlam qocalmaq üçün hər gün bu meyvəni yeməyi tövsiyə edib
Sağlam qocalmaq və beyin fəaliyyətini qorumaq üçün hər gün nar yemək faydalı ola bilər. BAKU.WS xəbər verir ki, bu barədə dietoloq Qerys Fərhad "El Economista"...