Hindistan ABŞ-nin Rusiya neftinin idxalına görə tətbiq etdiyi yeni rüsumları qınayıb
Hindistanın Xarici İşlər Nazirliyi Rusiya neftinin tədarükünə cavab olaraq ABŞ-nin Hindistan mallarına əlavə rüsumlar tətbiq etməsinə münasibət bildirib və bu cür hərəkətlərin ədalətsiz, əsassız olduğunu açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi Hindistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
"ABŞ bu yaxınlarda Hindistanın Rusiyadan neft idxalını hədəfə alıb. Biz artıq bu məsələ ilə bağlı mövqeyimizi açıq şəkildə bildirmişik, tədarükümüzün bazar prinsiplərinə əsaslandığını və 1,4 milyard Hindistan vətəndaşının enerji təhlükəsizliyini təmin etməyə yönəldiyini vurğulamışıq", - nazirliyin bəyanatında deyilir.
Diplomatlar öz maraqları naminə oxşar siyasət yürüdən digər ölkələrin fonunda Vaşinqtonun 25 %-lik yeni tariflər tətbiq etmək qərarından təəssüfləndiklərini bildiriblər.
"Hindistan öz milli maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək", - nazirlikdən vurğulanıb.
Oxşar xəbərlər
Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Bakıda noyabrın 9-da 20, rayonlarda isə 23 dərəcə isti gözlənilir. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron y...