Həkimdən 6 saatdan az yatanlara XƏBƏRDARLIQ
Yuxusuzluq xəstəlik riskini artıra bilər.
BAKU.WS xəbər verir ki, bunu Lenta.ru-ya açıqlamasında rusiyalı həkim Aleksandr Şçeluxin deyib.
O, altı saatdan az yatmağın təhlükələrindən danışıb.
Həkim qeyd edib ki, bir eksperimentin nəticələrinə görə, iki gecə ardıcıl olaraq dörd saatdan çox yatmayan şəxslərin immunitet sisteminin fəaliyyəti əhəmiyyətli dərəcədə pisləşib.
"Epizodik yuxu çatışmazlığı etibarlı şəkildə növbəti gün ərzində zehni performansın və konsentrasiyanın azalmasına səbəb olur", - deyə nevroloq əlavə edib.
Əgər insan müntəzəm olaraq altı saatdan az yatırsa, onun infarkt, insult, hipertoniya, şəkərli diabet, piylənmə, metabolik sindroma tutulma və demensiya və Alzheimer xəstəliyinə tutulma riski bir neçə dəfə artır.
Oxşar xəbərlər
Kəlbəcərə sulu qar yağıb
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşamdan bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır. BAKU.WS xəbər verir ki, xəbər ver...