Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə XƏBƏRDARLIQ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, xəbərdarlığa əsasən, sabah gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi oktyabrın 3-ü səhərə qədər davam edəcək.
Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2-3 m, sonrakı inkişafda isə 3.5-5.5 m. çatacağı proqnozlaşdırılır.
Oxşar xəbərlər
Payızın ən faydalı tərəvəzləri açıqlanıb
Payız aylarında çuğundur, balqabaq, kök və müxtəlif kələm növlərini qida rasionuna daxil etmək tövsiyə olunur. BAKU.WS xəbər verir ki, rusiyalı dietoloq Tatyana...