Yaşar Gülər: Sülhü qorumaq üçün müharibəyə hazır olmalıyıq
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın ev sahibliyi etdiyi "Birliyin Gücü - 2026" birgə hərbi təliminin uğurla başa çatdığını bildirib.
BAKU.WS-in Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, Yaşar Gülər təlimdə iştirak edən Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərini təbrik edib.
Nazir qeyd edib ki, gələcəkdə Qırğızıstan və Qazaxıstanın da bu prosesə qoşulması ilə daha genişmiqyaslı hərbi təlimlərin birgə planlaşdırılması və keçirilməsi mümkün olacaq.
"Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq. Buna görə də bölgəmizdəki vəziyyəti nəzərə alaraq hazırlığımızı ən yüksək səviyyədə saxlamalı və sülh şəraitində yaşamalıyıq", - deyə Yaşar Gülər bildirib.
Oxşar xəbərlər
Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da
"ADEX 2026" VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində 53 ölkədən 280 şirkət və 59 xarici nümayəndə heyəti iştirak edir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir...