İnsan orqanizmi nə vaxt qocalmağa başlayır?
İnsan orqanizmində yaşla bağlı ilk dəyişikliklər 25-30 yaşdan etibarən müşahidə oluna bilər. Əsas qocalma prosesləri isə 45 yaşdan sonra daha nəzərəçarpan olur.
BAKU.WS xəbər verir ki, bu barədə Seçenov Universitetinin Fiziologiya kafedrasının müdiri, tibb elmləri doktoru Aleksey Umryuxin RİA Novosti-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 45 yaşdan sonra göz büllurunun bulanması və yaşa bağlı uzaqgörənlik kimi dəyişikliklər meydana çıxa bilər. 50 yaşdan sonra isə damarların aterosklerotik dəyişiklikləri də daxil olmaqla, orqanizmin funksiyalarında daha ciddi zəifləmə müşahidə olunur.
Mütəxəssis qeyd edib ki, qocalma prosesinə həyat tərzi, fiziki aktivlik və psixoemosional vəziyyət təsir edir. O, orqanizmin imkanlarını aşmadan müntəzəm və orta səviyyədə fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edib.
Alimlərin əvvəlki araşdırmalarına görə, Alzheimer xəstəliyi kimi neyrodegenerativ xəstəliklər beynin qocalmasını əhəmiyyətli dərəcədə sürətləndirə bilər.
Oxşar xəbərlər
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
"Gecə yuxusunun kifayət qədər olmaması yaşlı insanlarda bir sıra sağlamlıq problemlərinin yaranma riskini artıra bilər. Xüsusilə uzunmüddətli yuxu çatışmazlığın...