Kəlbəcərə sulu qar yağıb
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşamdan bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır.
BAKU.WS xəbər verir ki, xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 2-si saat 9:00-a olan məlumatında bildirilib.
Bildirilib ki, gecə saatlarında Kəlbəcərin yüksək dağlıq ərazilərinə sulu qar yağıb.
Düşən yağıntının miqdarı Balakəndə 46, Zaqatalada 26, Sarıbaşda (Qax) 16, Şəkidə 12, Tovuzda 7, Lerikdə 6, Gədəbəy, Ordubad, Şahbuzda 5, Culfada 4, Oğuz, Qusar, Daşkəsəndə 3, Şərur, Sədərək, Quba, Şahdağda 2, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Şabran, Naftalan, Naxçıvan, Göygöl, Şəmkir, Goranboy, Ağstafa, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Yardımlı, Lənkəranda 1 mm-dir.
Oxşar xəbərlər
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu
Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BAKU.WS Oxu.Az-...